Daha bir nazir vətəndaşlarla görüşdü


01:56     27 May 2018 2018/05/muxtar_1527252450.jpg

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının sakinlərini qəbul edib.




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbul Bərdə rayonunda keçirilib.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Femida.az

Açar sözlər: #Muxtar-Babayev   #Bərdə   #Ağdam   #Ağcabədi   #Tərtər  

Oxunub: 2138