Ermənistan prezidenti Gürcüstana getdi


22:01     25 May 2018 2018/05/ermenistan-prezi_1527256373.png

Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana səfər edib.


Femida.az-ın məlumatına görə, A. Sarkisyan sabah Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə bağlı Tbilisidə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində Ermənistan prezidenti gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşlər keçirəcək.

Femida.az

Açar sözlər: Ermənistan   Prezident   Gürcüstan  

Oxunub: 1532