Ramin Quluzadə beynəlxalq sammitdə
16:29 29 May 2018
Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Nəqliyyat təhlükəsizliyi” mövzusunda illik Sammiti keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Sammitdə BNF üzvü ölkələrin nəqliyyat üzrə məsul nazirləri, biznes nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı tədqiqatçılar iştirak ediblər.
Ölkəmizi sammitdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə nəqliyyatda təhlükəsizliyin təmin olunması, ekoloji təmiz nəqliyyatın təşkili, şəhər və regionlarda “ağıllı” nəqliyyat sisteminə keçid, nəqliyyat və iqlim dəyişiklikləri, səmərəli avtomobil daşımaları üçün maneələrin aradan qaldırılması, nəqliyyatın rəqəmsal avadanlıqlardan asılılığı və digər mövzular ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının çıxışları dinlənilib.
R. Quluzadə nəqliyyatda təhlükəsizlik və avtomobil daşımaları sahəsində maneələrin aradan qaldırılması mövzuları üzrə keçirilən nazirlər sessiyasında çıxış edib. Nazir ölkəmizdə qeyd olunan sahələrdə həyata keçirilən layihələr, görülən işlər, həmçinin nəqliyyat və logistika sahəsində informasiya-kommunikasiya texnologiyalarının, innovativ sistemlərin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bundan başqa, tədbir çərçivəsində R. Quluzadə və Latviya, Ukrayna, Moldova respublikalarının sahə üzrə müvafiq qurumlarının rəhbərləri, eləcə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 1300
Oxşar xəbərlər
- Ramin Hacılı məhkəmədə qalmaqal salıb, zaldan çıxarılıb
- “Ramin Yeraz” adı ilə tanınan ifaçıya hökm oxunub
- Ramin Bayramlı: "İşdən çıxmaq üçün ərizə vermişəm"
- Ramin Bayramlı əhalini peyvənd olunmağa çağırıb
- Ramin Hacılı ilə birgə saxlanılanların adları açıqlandı - Siyahı
- Ramin Hacılı həbs olunub
- "Ramin yeraz" saxlanıldı
- Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi
- Ramin Quluzadə vəzifəsindən azad edildi
- Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - TƏBİB-dən MÜNASİBƏT