Vüsal Novruzov işdən çıxarıldı - Daha bir təyinat


18:13     29 May 2018 2018/05/vusal-novruzov_1527589069.jpg

Dövlət Gömrük Komitəsində daha bir kadr dəyişikliyi olub.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov sərəncama götürülüb.

Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov təyin edilib.


Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.

Femida.az

Açar sözlər: #Vəzifə   #Komitə   #Gömrük   #sərəncam  

Oxunub: 9648