Dövlət süd məhsulları istehsalçılarına dəstək vəd edir


00:51     30 May 2018 2018/05/654965_1527611583.jpg

Mayın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.



AQTA-dan Femida.az-a verilən məlumata görə, süd məhsulları istehsalı sahəsində çalışan sahibkarların dinlənildiyi görüşdə əhalinin sağlam və təhlükəsiz süd məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğu bildirilib, beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli süd məhsullarının istehsalı və beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Agentliyin Aparat rəhbəri Rəşad Mafusov qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi, eləcə də ictimai iaşə və xidmət sahələrində istifadəsi ilə bağlı qanunvericiliyin tələblərini sahibkarlara izah edib.

O, bildirib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində lazım olan bütün tədbirləri həyata keçirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1197