İTV-nin baş direktoru olmaq istəyənlərin adları açıqlandı - SİYAHI
17:01 30 May 2018
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.
Milli Televiziya və Radio Şurasından (MTRŞ) Femida.az-a verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı - Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
Femida.az
Oxunub: 1558
Oxşar xəbərlər
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Aleksandr Litvinenkonun qətlində ittiham olunan iş adamı koronavirusdan ölüb
- Litva Prezidenti Azərbaycana səfər edəcək
- Litva Seymi Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb
- Rusiya Litvanın 4, Latviya və Estoniyanın 6 diplomatının akreditasiyasını ləğv edib
- Ombudsman litvalı jurnalist Riçards Lapaitislə görüşüb
- Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
- Ceyhun Bayramovun litvalı həmkarı ilə görüşü başlayıb
- İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- İTV adından fırıldaqçılıq edənlər saxlanıldı