Bakıda 2 gənc söyüş söyən yaşlı kişini döydü – Video


01:22     31 May 2018 1367572794_dava-dalas.jpg

Bakının Səbail rayonunda iki gənc oğlan yaşlı kişini döyüb.
Görüntülərdən aydın olduğu kimi tərəflər arasında əlbəyaxa dava olub.

Hadisə Seyid Rüstəmov küçəsində təxminən günorta, saat 12 radələrində baş verib.

Axundov bağının ətrafında baş verən hadisə zamanı əvvəlcə yaşlı kişi qarşısına qəfil çıxan yük maşınının sürücüsü ilə mübahisə edib. Daha sonra söyüş söyən yaşlı kişiyə yaxınlıqdan keçən gənclər irad bildirib.

Bundan sonra yaşlı kişi ilə gənclər arasında dava başlayıb. Hadisənin görüntüləri anbaan kameraya düşüb. Ətrafdakı insanlar davaya müdaxilə edib və dalaşan şəxsləri uzaqlaşdırıb.

Davanın görüntüsünü təqdim edirik:


Açar sözlər: #Dava   #Video  

Oxunub: 4930