Azərbaycanda kişilərin sayı kəskin artıb - ŞOK STATİSTİKA
15:39 31 May 2018
"Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında dayanan vacib və qlobal səviyyəli məsələlərdir".
Femida.az-ın xəbərinə görə, bunu Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı layihənin yekun konfransında deyib.
Uşaqların cinsə görə nisbətinin pozulmasını zorakılığın bir forması kimi qiymətləndirən S. Qəhrəmanova vurğulayıb ki, belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır. Eyni zamanda ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır.
Komitə təmsilçisi əlavə edib ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində 182 milyondur. Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir".
S. Qəhrəmanova uşaqların cinsi nisbətinin pozulmasının cəmiyyəti düşündürən məsələlərdən biri olduğunu vurğulayaraq, bu prosesin bir çox halda təbii surətdə baş vermədiyini qeyd edib: "Problemin aradan qaldırılmasında maarifləndirmə işlərinin və səhiyyə xidmətlərinin inkişafı vacibdir. Xüsusilə kənd yerlərində ailə planlaması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması kimi maarifləndirmə kampaniyalarının aparılması zəruridir".
Sədr müavininin sözlərinə görə, hazırda 2017-2025-ci illər üzrə Reproduktiv Sağlamlığa dair Milli Strategiya hazırlanır: "Bundan başqa, son illər bu sahədə görülən işlər də müsbət nəticə verib. Belə ki, ölkədə 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-cı ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46.8% təşkil edərək hər 100 qıza 114 oğlan düşüb.(Bioloji norma 100 qız 105-107 oğlan təşkil edir). Hazırda bu nisbət 100-ün 112-dir".
Femida.az
Oxunub: 1543
Oxşar xəbərlər
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Ağcabədidə kişi arvadını bıçaqlayıb
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Enerji içkisi olmayan suları bu adla satan obyekt sahibləri cəzalandırılıb
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Yasamalda avtomobil 43 yaşlı kişini vurub