Ağcabədidə kişi arvadını bıçaqlayıb


10:30     03 Oktyabr 2022 22_10_03_1664778657.jpg

Ağcabədi rayonunda kişi arvadını bıçaqlayıb.

Hadisə oktyabrın 2-də rayon ərazisində yerləşən
"Bakı" çay evinin qarşısında qeydə alınıb.

Belə ki, Qənbərov Şükür Eldəniz oğlu ilə qeyri-rəsmi nikah münasibətlərində olduğu
Laçın rayon sakini, 1997-ci il təvəllüdlü İbrahimova Sücayət Məcid qızının qısqanclıq zəminində aralarında münaqişə yaranıb. Daha sonra o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.İbrahimovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurm) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 9331