Samir Şərifov iclası yarımçıq tərk etdi - Səbəbi...
19:14 31 May 2018
Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasını yarımçıq tərk edib.
Femida.az xəbər verir ki, bu gün parlamentdə “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputatların qaldırdığı suallara nazir Samir Şərifovun cavab verəcəyi gözlənilirdi.
Lakin nazir müzakirələrin bitməsini gözləmədən iclası yarımçıq tərk edib. Onun yerinə isə deputatların suallarına nazir müavini Azər Bayramov cavab verib.
Qeyd edək ki, S. Şərifovun iclası hansı səbəbdən tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilməyib.
Femida.az
Oxunub: 2517
Oxşar xəbərlər
- Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif etdi
- Samir Şərifov: "Dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb"
- “Bu il xəzinədə 500 milyon manat qalıq gözləyirik” - Samir Şərifov
- Samir Şərifova qarşı erməni təxribatı
- Samir Şərifov: "Qeyri-ərzaq malları mağazalarının fəaliyyəti ilə bağlı yaxın günlərdə qərar veriləcək"
- Samir Şərifov: "Büdcədə 500 mln. manatlıq profisit yaranıb"
- Samir Şərifov Milli Məclisə gəldi
- "Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər davam etdiriləcək" - Samir Şərifov
- Samir Şərifov bank prezidenti ilə görüşüb
- "Dövlət borcu azalıb" - Samir Şərifov