Azərbaycanlı məktəblidən möhtəşəm layihə - 3 saniyəyə enerji yığan smartfon
22:59 31 May 2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Yüksək Texnologiyalar Parkının 23 nömrəli orta ümumtəhsil məktəbində "İdeyadan Biznesə" layihəsi çərçivəsində təşkil etdiyi təlimdə məktəbin şagirdi Riyad Orucov maraqlı ideya təqdim edib.
Nazirlikdən Femida.az-a verilən məumata görə, yeni smartfon layihəsinin dünyada bənzəri yoxdur. Belə ki, ideyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.
Bununla əlaqədar Yüksək Texnologiyalar Parkı tərəfindən ona texniki və metodiki dəstək, ideyasının müəllif hüquqlarının qorunması, ideyanın patentləşdirilməsi, biznes-plana çevrilməsi və yaxın zamanlarda prototipin beta versiyasının hazırlanmasına dəstək göstərilir. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb.
Qeyd edək ki, Riyad 2004-cü ildə Bakıda anadan olub. Mühəndislik və texnika ilə maraqlanır. O, 12 yaşında telefon üçün enerji mənbəyini öyrənməyə çalışarkən mobil qurğu əlində partlayıb və bu hadisə onun texnikaya marağının daha da artmasına səbəb olub. Boş vaxtlarında layihələr hazırlamağa başlayan Riyad ideyalarını inkişaf etdirərək gələcəkdə öz biznesini qurmaq istəyir.
Femida.az
Oxunub: 1463
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib