“WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verildi
02:26 01 İyun 2018
“WhatsApp” messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.
Femida.az ICTnews-a istinadən xəbər verir ki, messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.
Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə basmaq lazım gələcək.
“WhatsApp”da qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq “iOS”, daha sonra “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb.
Oxunub: 10663
Oxşar xəbərlər
- "Whatsapp"dan yenilik: Onlayn olmağınızı belə gizlədə bilərsiniz
- "Whatsapp"da silinən mesajları belə qaytara bilərsiniz - Boşanmalara səbəb olacaq funksiya
- DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
- 30 apreldən bu telefonlarda “WhatsApp” işləməyəcək - SİYAHI
- “WhatsApp”a yeni funksiya əlavə edilib
- “WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir
- "WhatsApp" beta versiyasını tətbiq edir
- "WhatsApp" "App Store"dan silinə bilər
- "WhatsApp"ın yeni qaydaları ilə razılaşmayan istifadəçilər mesaj göndərə bilməyəcək
- DİQQƏT! - "Whatsapp"da bu mesajlara cavab verməyin