Uşaqlar millət vəkillərini əvəz etdi - VİDEO


17:58     02 İyun 2018 18_06_02_1527933642.jpg

Milli Məclisdə, qanunların qəbul edildiyi zalda bu dəfə millət vəkilləri yox, uşaqlar əylişib. Onlar milli məclisdə səs vermə zamanı isitfadə edilən avadanlıqların necə işlədyini öyrənib və məclisin iş fəaliyyəti ilə tanış olublar.

1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Milli Məclisdə keçirilən tədbir maraqlı görüntülərlə yadda qalıb. Balacalara millət vəkillərinin hansı iş gördüyü izah edilib və milli məclis binasına ekskurisya təşkil edilib.

Daha sonra uşaqlarında iştirak ilə "Mənim səsim-mənim hüquqlarım: parlamentdə müzakirə" adlı dəyirmi masa təşkil edilib. Burada uşaqların sualları cavablandırılıb və onlara tövsiyyələr verilib.

Bundan başqa tədbirdə Dağlıq Qarabağ münaqişəsi haqqında da geniş məlumat verilib və ermənilərin törətdiyi vəhşiliklərdən danışlıb. Vurğulanıb ki, təkcə müharibə dövrü deyil, həm də atəşkəs elan edildikdən sonra da ermənilər Azərbaycanlı uşaqları qətlə yetiriblər.

Tədbirin sonunda müxtəlif bacarıqlarına görə fərqlənən uşaqlara diplom və fəxri fərmanlar təqdim edilib./xezerxeber



Femida.az

Açar sözlər: #millət_vəkili   #parlament   #uşaq  

Oxunub: 2790