Çayda köməksiz qalan 4 nəfər xilas edildi


23:06     02 İyun 2018 balik_tutmak_icin_girdigi_suda_boguldu_h123249.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər "UAZ" markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #FHN   #çay   #boğulma  

Oxunub: 1224