Güləşçimiz Avropa çempionatının yarımfinalında


22:56     04 İyun 2018 2018/06/14727-1528114313_1528116441.jpg

İstanbulda güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

İlk yarış günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışırlar. Yığmamız iki çəki dərəcəsində təmsil olunur. Turnirdə 87 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib.

Yarımfinalda onun rəqibi Macarıstan idmançısı olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1049