Xaçmazda 12 ağac kəsilib
21:12 04 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
ETSN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Ağtala kəndi ərazisində köküstə yaş 24-70 sm diametrliyində 12 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib və təbiətə 7580 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xaçmaz rayon Polis Şöbəsinə məktub göndərilib.
Femida.az
Oxunub: 840
Oxşar xəbərlər
- Xaçmazda naməlum avtomobil piyadanı vuraraq öldürüb
- Xaçmazda yol qəzası olub, ölən var
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
- Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb
- Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- Xaçmazda “TIR” kişini vuraraq öldürüb
- Xaçmazda oğul atasını qətlə yetirib
- Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib