Nazirlikdən İcra Hakimiyyətlərinə xəbərdarlıq - Tikintini dayandırın!
14:57 05 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar.
Femida.az xəbər verir ki, bu barədə ölkə.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Sözügedən ünvana keçirilən baxış zamanı köküstə yaş 16 sm diametriliyində 1 ədəd ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub.
Faktla bağlı Nəsimi rayon 31 saylı Mənzil Komunal İstismar Sahəsinin rəisi Vidadi Həsənov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib. Tikintinin dayandırılması üçün Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.
Femida.az
Oxunub: 1333
Oxşar xəbərlər
- Ekologiya və təbii sərvətlər naziri beynəlxalq ictimaiyyətə çağırış edib
- Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif edib - SİYAHI
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Qarabağ üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib
- İşğalçılar Qarabağda ekologiyaya ziyan vuran obyektlər inşa ediblər - RƏSMİ
- Sumqayıtda ekologiyanı pozan şirkət 8000 manatadək cərimələnəcək
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub
- DYP-nin “Ekologiya postu" sökülür
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib