Bu nazirliyə 24 saat müraciət edə biləcəksiniz - Vahid mərkəz yaradıldı


17:39     05 İyun 2018 2018/06/f4865eb78769174fb64b195a106bd28b_1528191795.jpg


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi –“155” yaradılıb.

Belə ki, “155” saylı Çağrı Mərkəzinə “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom), “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi, “AzEeuroTel”, “Azdatacom”, “Az.net”, “Bakinternet” kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar.

Vətəndaşlara həftənin 7 günü, 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində çoxşaxəli xidmət göstərilir. Çağrı Mərkəzində hazırda 60 operator çalışır və 2018-ci ilin sonunadək onların sayının 100-dək artırılması planlaşdırılır.

Operatorlar tərəfindən ay ərzində 100 000-dək sorğu cavablandırılır.

Qeyd edək ki, sonrakı mərhələdə xidmət spektri artırılaraq əhaliyə telefon və portal vasitəsilə onlayn müxtəlif gündəlik xidmətlərin (məsələn, qida sifarişi, taksi xidməti, restoranlar, teatrlar, idman müsabiqələri haqqında məlumatların verilməsi, bilet sifarişi, çeşidli konsyerj xidmətləri və s.) göstərilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #rabitə   #texnologiya   #çağrı   #zəng   #nazirlik  

Oxunub: 1249