“Azərbaycan dövlətini sovet hakimiyyəti qurub” - Arif Rəhimzadə
19:01 05 İyun 2018
“Bəzi yerlərə sovet hakimiyyətinə bağlı şəxslərin adlarının verilməsinə etiraz etmək düzgün deyil. Çünki onların adı verilməsəydi, hansısa erməninin adı veriləcəkdi. Bəli, sovet hakimiyyəti Azərbaycan xalqına divan tutdu. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub axı? Biz də sovet dövründə işləmişik, indi xalqın düşməniyik?!”
Femida.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə deyib.
A. Rəhimzadə bildirib ki, Azərbaycan dövlətini sovet hökuməti qurub: “Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi "xalq düşməni" olmalı deyilik ki? Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq sovet dövründə Xanlar adlı bölgə, kənd adları olub. İndi o, kommunist olduğu üçün adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada Çəmənli sözü işlədildi. Biri mənə izah etsin ki, Çəmənli olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır".
Femida.az
Oxunub: 1644
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb