Zəlzələnin fəsadları: Zaqatala sakini həyəcandan öldü


13:45     06 İyun 2018 18_06_06_1528264053.jpg


İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.

Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.

Qax şəhəri İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ baş verən an qaçmaq istəyən zaman yıxılaraq ayağı sınıb.

Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.

Femida.az

Açar sözlər: #zəlzələ   #Zaqatala   #ekologiya  

Oxunub: 2147