Yüksəkliklər atəşə tutuldu - CƏBHƏDƏ GƏRGİNLİK DAVAM EDİR
13:50 06 İyun 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 2040
Oxşar xəbərlər
- Atəşkəs ara-sıra açılan atəşlə pozulub
- Cəbhədə GƏRGİNLİK - Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi vurdu
- Yüksəkliklər atəşə tutuldu - CƏBHƏDƏ GƏRGİNLİK DAVAM EDİR
- Düşmən iriçaplı pulemyotlardan atır - CƏBHƏDƏ GƏRGİN GECƏ
- Cəbhədə gərginlik - Düşmən təxribata əl atdı
- Cəbhədən YENİ XƏBƏR: kəndlərimiz atəşə tutuldu
- Düşmən Naxçıvan istiqamətində təxribat törətdi - Hərbçimiz yaralanıb
- Cəbhədən SON XƏBƏR - Mövqelərimiz atəşə tutuldu
- Zakir Həsənov düşmənin mövqelərini izlədi - VİDEO
- Ermənilər bir ayda atəşkəsi neçə dəfə pozub?