Qanunsuz tikililəri peykdən görmək mümkün olacaq


18:24     06 İyun 2018 2018/06/qikili_1528280772.jpg

Azərbaycanda bütün torplaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları peykdən görmək mümkün olacaq.


Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Komitənin sədr müavini bildirib ki, Azərbaycanda vahid torpaq fondu məlumat bazası hazırlanır: "Torpaq fondu düzgün fəaliyyəti, torpaq balansı düzgün şəkildə həyata keçiriləcək. Ölkənin vahid torpaq fondu məlumat bazası hazır olduqdan sonra bütün dövlət qurumları bundan istifadə edəcəklər. Torpaqlara nəzarəti təkcə müfəttiş vasitəsilə deyil, gələcəkdə bu işin elektron səviyyəyə gətirilməsini istəyirik. Bununla bağlı xarici təcrübə öyrənilib. Sloveniya şirkəti ilə sənəd imzalanıb. Onlar bizə bu torpaqlara peyklə nəzrətlə bağlı sistemi hazırlayacaqlar. Bununla da bütün torplaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq”.

Femida.az

Açar sözlər: #Tikili   #Peyk   #Ev   #Torpaq  

Oxunub: 1641