Vətən müharibəsi şəhidinin ailəsinə ev tikilir
14:47 19 Dekabr 2020
Vətən müharibəsinin şəhidi Alışov Samir Cəlil oğlunun ailəsinin ağır ev şəraiti və inşa etdirdiyi evin tikintisinin maddi imkansızlıq səbəbindən yarımçıq qaldığı nəzərə alınmaqla sosial tərəfdaşın dəstəyi ilə həmin evin inşası davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları ötən ay həmin ailə ilə görüşmüşdülər. Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yaşayan ailənin yaşayış şəraitinin ağır olduğu nəzərə alınaraq Nazirlik sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ev tikintisini öhdəsinə götürmüşdü.
Qısa müddətdə bu işlərə başlandı və tikinti yaxın vaxtlarda başa çatdırılacaq.
Şəhidin valideynləri üçün qısa müddətdə özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat da yaradılıb.
Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) də ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi də qərara alınmışdı. Nazirliyin sosial tərəfdaşı olan şirkət tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib.
Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.
Oxunub: 658
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlanıb
- Vətən müharibəsi iştirakçısına hökm oxunub
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Vətən müharibəsi iştirakçılarının həkimə ən çox hansı şikayətlə müraciət etdiyi məlum olub
- Vətən müharibəsi veteranlarına Prezident təqaüdünün təyinatı yekunlaşıb
- Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək
- Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib
- Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub