Göldə boğularaq ölən tələbənin meyiti tapılıb


21:01     06 İyun 2018 18_06_06_1528290194.jpg

İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin meyiti tapılıb.


Femida.az xəbər verir ki, meyit dəfn edilməsi üçün Azərbaycana göndərilib.

Xatırladaq ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə boğulub.

O, ailənin yeganə oğul övladı idi.

Açar sözlər: #Cinayət  

Oxunub: 1094