Maşın bazarında son durum - Qiymətlər...
14:21 07 İyun 2018
May ayı ərzində ənənəvi avtomobil bazarında satışlarda, eləcə də onlayn avtomobil satışlarında durğunluq müşahidə olub və bu vəziyyət hazırda da davam edir.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.
Ekspert maşın bazarındakı durğunluğu yay fəslinin gəlməsi, Ramazan ayı və digər amillərlə əlaqələndirib:
"Yeni taksi şirkətləri yarandıqca ucuz avtomobillərə ehtiyac çox idi, lakin indi bu bazar da dolub. Bu da öz növbəsində, durğunluğa təsir edir”.
Onun sözlərinə görə, yaxın aylarda da durğunluğun davam etməsi gözlənilir.
V.Hüseynov bildirib ki, maşın bazarında durğunluğun olmasına baxmayaraq, qiymətlərdə azalma müşahidə olunmayıb, əksinə, bəzi avtomobillərin qiymətində bir qədər artım var:
"Avtomobil bazarında əsas söz sahibi "maşın alverçiləri”dir. Onlar üçün də avtomobilin qiymətini aşağı salmaq əlverişli deyil. Düşünürlər ki, "ucuz satmaqdansa, gözləyim”. Ona görə də bazarda qiymətlər enmir”.
Femida.az
Oxunub: 3639
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Nigeriyada 162 nəfər Lassa qızdırmasından ölüb
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb