"Müəllim işləmək istəyənlərin sayı artıb" - Nazir
14:36 07 İyun 2018
Növbəti ildən Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada aparılacaq.
Femida.az xəbər verir ki, bunu ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, adıçəkilən ərazilərdə 2017-2018-ci tədris ili üzrə 1-ci sinfə qəbul elektron qaydada aparılır: “Son illər ərzində ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsini artırmaq üçün kifayət qədər addımlar atılıb. Son 4 ildə ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə çatdırılıb”.
Nazir bildirib ki, kurikulumla təhsil alanlar 2018-2019-cu il tədris mövsümündə 11-ci sinfə gedəcəklər: “İlkin tədqiqatlara əsasən, yeni proqramla təhsil alanların göstəriciləri əvvəlki şagirdlərin nəticələrindən aşağı deyil. Bir sıra fənlər üzrə məzmun və qiymətləndirməyə dair aparılan işlər Təhsil Nazirliyinin əsas tədqiqat marağındadır. Müəllim peşəsinin nüfuzunun artırılması üçün aparılan işlərin ilkin effekti artıq görünür: Son 3 ildə müəllim işləmək üçün müraciət edənlərin sayında 300 faizlik artım var".
Nazir deyib ki, daha şəffaf idarəedicilərin seçilməsi, məktəb-icma münasibətlərinin yaxşılaşdırılması, 1-ci sinfə qəbulun elektron qaydada aparılması istiqamətində müvafiq addımlar atılıb.
Femida.az
Oxunub: 1301
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"