Səudiyyə Ərəbistanında iranlı agentlər edam olunacaq


00:42     08 İyun 2018 18_06_07_1528387352.jpg

Səudiyyə Ərəbistanı məhkəməsi ölkənin yüksək vəzifəli məmurlarına qarşı sui-qəsd planı hazırlayan dörd terrorçu barədə ölüm hökmü çıxarıb.


Femida.az xəbər verir ki, bu haqda “Əl-Əhbəriyyə” telekanalı məlumat yayıb.

Məhkəmənin qərarına görə, həmin şəxslər İranın tapşırığı ilə ölkədə terrorçu şəbəkə yaratmaqda təqsirli bilinib.

Onların İran ərazisində yerləşən xüsusi düşərgələrdə təlim keçdiyi bildirilir. Dövlət agentliyi müttəhimlərin kimliyini açıqlamayıb.

Açar sözlər:

Oxunub: 1031