Şəkidə ağır yol qəzası baş verib


17:57     09 İyun 2018 big_1405422456_qeza.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərinin Oraban kəndində "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Minik avtomobilinin sürücüsünə yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #FHN   #Əməliyyat   #Yanğın  

Oxunub: 27608