MTK-dan alınan çıxarışsız mənzili necə bağışlamaq olar? - Hüquqi yardım


16:52     11 İyun 2018 2018/06/kiracisi-olan-ev-almak-1452763034_1528707082.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfəki mövzumuz MTK-dan alınmış mənzillərin bağışlanması ilə bağlıdır.

Redaksiyamıza daxil olan sual belədir: Ata MTK müqaviləsi ilə aldığı evi ailəli qızının adına keçirməklə bağışlaya bilərmi? Əgər bu mümkündürsə, nə qədər rüsum ödənilməlidir?

Bəli, keçirmək mümkündür. Zəruri olan sənədlərin siyahısı belədir:

1. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
2. Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış
3. Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi
4. Daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
5. Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı.
6. Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının vеrdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.

Müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə dövlət rüsumu 20 mаnаt, хidmətə görə tutulаn hаqq 3 mаnаtdır.



Burada ortaya çıxan ikinci bir məqam isə geniş yayılmış kreditlə alınan mənzillərlə bağlıdır. Əgər ev kreditlə alınıbsa və hələ də kredit müddəti davam edirsə, adətən belə evlərin çıxarışı olmur. Çünki vətəndaş MTK-ya, yaxud MTK vasitəsilə banka borclu olduğu üçün çıxarış vətəndaşa yalnız kredit tam ödənildikdən sonra verilir. Bəs bu halda mənzil necə bağışlana bilər?
Ata öz həyat yoldaşının razılığı ilə evin övladının adına rəsmiləşdirilməsinə dair MTK rəhbərliyinə ərizə yazır və yeni alıcı ilə yeni müqavilə tərtib olunur.

Sözügedən hərəkətlə bağlı haqq MTK ilə bağlanan müqavilədə nəzərdə tutula bilər. Amma nəzərə almaq lazımdır ki, bu haqq tərəflər arasında razılaşdırlmış şərtlərdən asılı olur və dövlət bu və digər qaydada buna təsirgöstərmə səlahiyyətinə malik deyil. Çünki bu ödəniş dövlət rüsumunu ehtiva etmir. Mülki hüquq münasibətlərindən irəli gələn məsələdir.

Bir sözlə, müqavilə tərəfi evin digər şəxsin adına keçirilməsini xahiş edir, birgə mülkiyyətçi olan tərəf isə “etiraz etmirəm” deyə ərizə yazır. Hər iki ərizənin notarial qaydada təsdiq olunması gələcəkdə mülki hüquqi mübahisələrdən sığprtalanması üçün notarial qaydada təsdiq olunması məqsədəuyğundur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ev   #mənzil   #MTK   #bağışlanma   #rüsum   #qanun   #əmlak   #məcəllə   #vəkil   #hüquq   #hüquqşünas   #femida  

Oxunub: 13743