Keçmiş məhkumdan silah götürüldü


19:19     11 İyun 2018 silah.PNG

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarağan kənd sakini , əvvəllər məhkum olunan Cümşüd Mürsəlovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd, müvafiq sənədləri olmayan “ TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Silah   #DİN   #Polis   #Cinayət  

Oxunub: 1015