Tramp və Kim Çen In görüşdü - Yekun sənəd imzalandı
14:00 12 İyun 2018
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalanıb.
Femida.az-ın CNN-ə istinadən verilən məlumata görə, D. Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq. Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq”.
Şimali Koreya liderini Ağ evə dəvət edən Tramp bu gün Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen Inla bundan sonra da görüşlər keçirəcəyini bildirib.
KXDR lideri isə dünyanın mühüm dəyişikliklərin şahidi olacağını deyib.
Femida.az
Oxunub: 1682
Oxşar xəbərlər
- Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb
- Tramp yeni partiya qurmağa hazırlaşır?
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- Tramp vida çıxışı etdi
- Tramp Baydeni "feyk prezident" adlandırdı
- Trampın müşaviri istefaya getdi
- Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır
- Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib
- Tramp qalib gəldiyini elan etdi
- Tramp ABŞ qoşunlarını Somalidən çıxarmağa hazırlaşır