Liseylərə elektron qeydiyyat başladı
15:34 12 İyun 2018
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanılıb.
İdarədən Femida.az-a verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək.
12 iyun tarixinə (09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin V sinfinə qəbul üçün 1 130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 110-u 147 nömrəli Texniki-Humanitar Liseyə, 158-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.
Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
İmtahanın tarixi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, V sinfə elektron sənəd qəbul "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.
Femida.az
Oxunub: 1702
Oxşar xəbərlər
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoyub
- Bakı Avropa Liseyinin müəllimi qəflətən vəfat edib
- Bakı Avropa Liseyi koronavirusa görə yenidən bağlanıb
- Virusa görə bağlanan məktəb və liseydə dərslər bərpa olundu
- Tovuzda 122 min manat vəsaiti mənimsəyən lisey direktoruna cinayət işi açılıb
- 37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib
- Bakıda məktəb-liseyin karantin müddəti daha 10 gün uzadılıb
- Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb - VİDEO
- Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb