“Qanuni oğru”- ların dünyada reytinq sırası


19:24     29 Sentyabr 2015 1365604180_7c3f992378b01.jpg


“Qanuni oğru”-lar və onların yaratdığı qruplaşma dünyada müəyyən gücə malik “təşkilat” hesab olunur. Hətta bir sıra ölkə rəhbərliyi və xüsusi xidmət orqanları birbaşa onlarla hesablaşmalı olur. “Qanuni oğru”-ların daha sıx qruplaşdığı və fəaliyyət göstərdiyi ölkə kimi Rusiya göstərilir. Femida.az xarici mətbuata istinadən dünyada olan “qanuni oğru”-ların yerləşmə ərazisini və məşhur simalarını təqdim edir:


Rus mafiyası



“Oğru aləmi” deyərkən ilk növbədə keçmiş SSRİ və paytaxt Moskva yada düşür.
Birinci yeri də, bütün dünyanı hörümçək toru kimi bürüyən rus mafiyası tutur.

SSRİ dağılandan sonra sərhədlər açıldı və tezliklə Amerika və Avropaya ayaq açan rus mafiyası fəaliyyəti ilə dünyaya səs saldı.

Rus mafiyasının özəl cəhətlərindən biri birləşmiş millətlərdən təşkil edilməsidir.
Bu mafiyanın tərkibinə çoxlu etnik qruplaşmalar daxildir. Ən güclü qruplaşmaları slavyan, gürcü, azərbaycanlı, çeçen, erməni qruplaşmalarıdır.

Mafiyanın “xaç ataları” Rusiya kölgə iqtisadiyyatının 70 faizinə nəzarət edir. Bundan başqa, Kiprdə, İsraildə, Belçikada çirkli pulların yuyulması, Tacikistandan Avropaya gedən narkotrafik, Fransa və Almaniyada maşın oğurluğu sahələri də onların nəzarətindədir. Hətta Almaniyadakı nüvə materiallarının satışında da onların əlləri olub.

Amerikalı professor Luiz Şellinin hesablamalarına görə, rus mafiyasının illlik gəliri 50-150 milyard dollar arasındadır. Qruplaşma üzvləri dünyanın 50 ölkəsində fəalliyət göstərir.


Siciliya və Amerika Cosa Nostre mafiyası





İtalyanların məşhur Cosa Nostre mafiyasının tarixi XIII əsrə gedib çıxır. O vaxt Siciliyada İtaliyanı viran qoyan fransızlara qarşı özünümüdafiə dəstələri yaradılmışdı. Fransızlara qarşı hücuma keçən italyan kəndlilər “Morete alla Francia, Italia anela!” (“Fransa öl, İtaliya nəfəs al”) çığırırdılar. Sonralar döyüş zamanı italiyalılar bu cümlədəki sözlərin ilk hərflərindən istifadə etməyə başladılar və “mafia” kəlməsi belə yarandı.

Zaman keçdikcə özünümüdafiə dəstəsində vuruşan kəndlilər əsl döyüşçüyə çevrildilər. Onlar ərazini yadellilərdən qorumaq üçün digər kəndlilərdən pul almağa başladılar. Beləliklə, ilk klanlar yarandı.
XIX əsrin sonlarında isə minlərlə siçiliyalı ölkədəki aclıq və səfalətdən baş götürüb Birləşmiş Ştatlara köçdü. Beləliklə, Amerikada bir neçə klan yarandı. O vaxtdan italiya mafiyası qumar-kazino biznesinə, insan və silah alveri və s. sahələrə nəzarəti əldən vermir.


Kolumbiya narkokarteli





Mafiya gücünə görə, 3-cü yerdə dayanır.Həmçinin,bütün dünyada məşhurdur. Hətta Hollivud onlarla bağlı film çəkib.
Kolumbiya narkokarteli ötən əsrin 60-cı illərində fəaliyyətə başlayıb. Dünyanın əsas kokain ixracatçısıdır. Nə yerli, nə də ABŞ hökuməti onlarla bacara bilir. Narkoticarətə Kolumbiya mafiyasının “Medelyin” və “Kali” kartelləri nəzarət edir.


Çin Triadası




Mafiyanın da tarixi çox qədimlərə gedib çıxır. Dünyanın ən qəddar mafiyası kimi tanınır. Fəaliyyət sahələri bunlardır: narkoticarət, insan alveri, qanunsuz miqrasiya. Avropa İttifaqının xüsusi komissiyasının araşdırmasına görə, qitədə insan alveri sahəsində liderlik çinlilərə məxsusdur. Mafiya ildən-ilə daha güclənir. Dünyaya səpələnmiş milyonlarla çinlinin dəstəyi ilə Triada bütün mafiyalara müharibə elan edib. Hələlik 4-cü yerdə qərarlaşsalar da, yaxın gələcəkdə onların bütün rəqiblərini sıxışdıracaqları ehtimal edilir.

Yakudza




Dünyanın ən qədim mafioz qruplaşmalarından biri də Yakudzadır. Onlar reytinqlərinə görə 5- ci yerdə dayanırlar.
Onların tarixi qədimlərə gedib çıxır. Bu mafiya bütün dünyada Yakudza adı ilə tanınır. Samuray və roninlərin xələfləridirlər. Qılınc gəzdirmək adəti də elə onlardan qalıb. Yaponiyada qruplaşma üzvlərinin sayı 110, Amerikada isə 20 min nəfərdir. Əsas fəaliyyət sahələri reketçilik, insan alveri, qeyri-leqal emiqrasiya ilə bağlıdır. Təkcə fahişə alverindən ildə 400 milyon dollar qazanc əldə edirlər.
Onların qruplaşmasında Çeçələ barmağı kəsilmiş mafiya üzvü ən təhlükəli və amansız hesab edilir. Bununla belə, yakudzalar dövlət başçıları və siyasi liderlər tərəfindən xüsusi hörmətlə qarşılanır, ziyafətlərdə onlar üçün ən rahat və dəbdəbəli məkanlar ayrılır.


Meksika mafiyası





Bu mafiya Amerikada ən güclü etnik qruplaşma sayılır. Onları fərqli edən cəhətlərdən biri qəddar olmalarıdır.
Ötən əsrin 50-ci illərində ABŞ həbsxanalarında çoxlu meksikalı məhbus var idi. Onların hüquqlarını qorumaq üçün təşkilatın yaranmasına ehtiyac yaranmışdı. Əvvəlcə təşkilat yalnız məhkumların hüquqlarını qoruyur, meksikalıların həbsxana nəzarətçiləri tərəfindən zorakılığa məruz qalmasının qarşısını alırdı. Zaman keçdikcə qrup narkoticarətlə məşğul olan mafiyaya çevrildi. Meksika mafiozları xüsusi amansızlıqları ilə fərqlənirlər. Öldürdükləri rəqiblərinin başlarını bədənlərindən ayırmaq kimi ritualları var. Bu mafiya gücünə görə 6-cı pillədə qərarlaşır.

İsrail mafiyası



İsrail mafiyası dünya arenasında geniş müzakirə olunan qruplaşmalardan hesab edilir.Həmçinin onların maliyyə imkanları böyük qiymətləndirilir.
Onların əsas fəaliyyəti narkobiznes və insan alveriylə bağlıdır.Yeganə mafiyadır ki, ABŞ-da hakimiyyət strukturlarında təmsil olunan nümayəndələri var. İsrail mafiyası siyasi sistemdə kifayət qədər möhkəmlənib. Onlar güclərinə görə, 7- ci yerdə qərarlaşıb.

Serb mafiyası



Səkkizinci yerdə gələn serblər dünyanın əksər ölkələrində geniş qumar biznesinə malikdirlər. Bundan başqa, sifarişli qətllər də onların kurasiyasındadır. Qruplaşma üzvləri arasında peşəkar killerlər çoxdur. Onları fərli edən bir cəhət də, intellektual liderlərinin olmasındadır. Bu mafiyanın təşkil etdiyi qətllər və qarətlər sanki, Hollivud filmlərindəki ssenarilərə bənzəyir. Törədilən cinayəti araşdıran polisləri də çətin duruma salır. Serb mafiyasına 30-40 böyük qruplaşma daxildir.

Alban mafiyası



Mafiya gücünə və imkanlarına görə sıralamada 9- cu yerdə dayanır. Onlar insan alveri, qaçaqmalçılıq, maşın oğurluğu sahəsində ixtisaslaşıb. Onları fərqli edən bir cəhət də yaranma tarixlərinin daha qədimə gedib çıxmasıdır. Maraqlıdır ki, alban mafiyasının tarixi XV əsrə gedib çıxır. Onlar idarəetmə qaydalarını köhnə adətlərlə edirlər. 80-ci illərin əvvəllərindən alban mafiozları Britaniya və ABŞ-da aktivləşiblər. Qeyd edək ki, onlar qəddarlıqları ilə ad çıxarıblar.

Yamayka-Britaniya mafiyası



Bu mafiya dünya ölkələri sırasında öz gücünə və fəaliyyətinə görə 10- cu yerdə qərarlaşır. Qruplaşmanın başında ötən əsrin 50-ci illərində İngiltərəyə köçmüş yamaykalılar durur. Bu etnik qrup, əsasən, silah və narkotik ticarəti ilə məşğul olur. Ancaq qruplaşmanın zəif cəhəti budur ki, onların hakimiyyət strukturlarında təmsil olunan nümayəndələri yoxdur. Buna görə də yamaykalılar siyahıda sonuncu yerdədirlər.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 19622