Bakıda qətl törədən “zek” saxlanılıb
17:18 13 İyun 2018
Bakıda taksi sürücüsünü qətlə yetirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.
Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Qeyd edək ki, R. Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.
Femida.az
Oxunub: 1562
Oxşar xəbərlər
- Taksi 3 piyadanı vurdu, 1 əcnəbi öldü
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Bakıda qətl törədən taksi sürücüsü özünü qismən təqsirli bilib
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib
- Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır
- Bakıda qətl törətməkdə təqsirləndirilən taksi sürücüsünün məhkəməsi başlayır
- Bakıda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib
- Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb
- Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək
- Azərbaycanda taksi duracaqlarında başqa avtomobil saxlayanlar cərimələnəcək