Bakıda və Biləsuvarda yanğın olub


13:15     14 İyun 2018 13878640961363594763_yangin45sadas1.jpg

Bakı şəhəri və Biləsuvar rayonunda yanğın hadisələri baş verib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin (tikilməkdə olan) dam örtüyünün taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda isə 1 ha biçilmiş və 0,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Bakı   #Biləsuvar  

Oxunub: 1188