Dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb


15:29     18 İyun 2018 boguldu.jpg

Xəzər dənizində boğularaq ölən şəxsin meyiti ailəsinə təhvil verilib.

Femida.az xəbər verir ki, hadisə Novxanı çimərliyində baş verib.

1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlu Novxanı çimərliyində dənizə daxil olub. Lakin o dənizdən geri qayıtmayıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub .

3 gün aparılan axtarış nəticəsində onun meyiti bugün dənizin sahilə yaxın ərazində tapılıb. Meyit ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1547