Rusiya Ukrayna aviaşirkətlərinə sanksiya tətbiq edib
01:07 30 Sentyabr 2015
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Rosaviasiya” Ukrayna aviaşirkətlərinə bu il oktyabrın 25-dən etibarən Rusiyaya uçuşların qadağan olunması ilə bağlı xəbərdarlıq göndərib.
Bu addım rəsmi Kiyevin Rusiya Federasiyası ilə 2015-2016-cı illər üçün aviamübadiləni dayandırmasına cavabdır.
“Rosaviasiya”dan bildiriblər ki, uçuşlara tətbiq olunan qadağa Kiyev tərəfindən analoji qərarına ləğv edilməsinə qədər qüvvəyə qalacaq: “Təəssüf ki, Kiyev tərəfindən düşünülməmiş şəkildə qəbul edilən qərar Ukrayna vətəndaşlarına zərər vuracaq. Rusiya aviaşirkətlərinin məlumatına görə, iki dövlət arasında həyata keçirilən uçuşlarda sərnişinlərin 70%-ni ukraynalılar təşkil edir”.
Qeyd edək ki, rəsmi Kiyev tərəfindən 16 sentyabrda qəbul edilmiş sanksiya siyahısına Rusiyanın aviaşirkətləri də daxil edilib. Rusiyanın baş naziri Dmitri Medvedyev isə Nəqliyyat Nazirliyinə Ukrayna aviaşirkətlərinə qarşı cavab sanksiyalarının tətbiq olunması barədə tapşırıq verib.
Oxunub: 1101
Oxşar xəbərlər
- Rusiya aviabazasına böyük zərbə - Suriyada
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiya səfirininin ölümü ilə bağlı HƏBS QƏRARI
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiya polisi `Lotu Quli`ni axtarır
- Rusiya Kamçatkada yeni ordu yaradır
- Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi
- Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu - VİDEO