DİN-dən maşın sahiblərinə xəbərdarlıq - "Oğurlana bilər"
15:42 21 İyun 2018
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mitsubişi” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə içərisində 300 manat və 50 ABŞ dolları, habelə sənədləri olan çantasının oğurlandığını bildirib.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun əvvəllər oğurluq və narkotikə görə məhkum olunmuş paytaxt sakini Emil Məstənov olduğu müəyyən edilib, onun digər analoji cinayət əməllərinin də üstü açılıb. E.Məstənovun rayon ərazisində daha 3 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyi bir daha nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.
Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.
Femida.az
Oxunub: 751
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Nigeriyada 162 nəfər Lassa qızdırmasından ölüb
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb