Balakəndə narkotik əkən qohumlar tutuldu
15:50 21 İyun 2018
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Balakən rayonu Talalar kənd sakini Mikayıl Puçaxova məxsus həyətyanı sahəyə baxış keçirilən zaman orada istixanalarda aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd narkotik tərkibli çətənə bitkisi şitilləri, 24 ədəd eyniadlı bitkinin kökləri və 6,89 qram ağacın dibinə sərilmiş qurudulmuş marixuana aşkar edilib.
Eləcə də onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb. M. Puçaxov və onun yaxın qohumları şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 843
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb