Azərbaycanın növbəti ixrac missiyası İsveçrəyə gedir
22:55 21 İyun 2018
“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası iyunun 25-29 tarixlərində İsveçrəyə təşkil olunacaq.
İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan məhsullarına dair təqdimatların keçirilməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 774
Oxşar xəbərlər
- Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
- İsveçrə Ukraynadakı münaqişə tərəflərinin hərbi təyyarələri üçün səmanı bağlayıb
- İsveçrə hava məkanını Rusiya üçün bağlayıb
- İsveçrədə üzərində “Xarıbülbül” olan poçt markası buraxılıb
- İsveçrədə vaksin olunanlara mükafat təyin edilib
- Türkiyə İsveçrəyə nota verib
- İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
- İsveçrəyə yeni səfir təyin edildi
- Prezidentlə birinci xanım Uels-İsveçrə oyununu izlədi
- Zəngilandan 300 milyon manat qanunsuz gəlir əldə edən isveçrəli beynəlxalq axtarışa verildi