Hirkan meşələrində nadir akasiyalar çiçək açıb


02:57     23 İyun 2018 2018/06/albiz-1529675265_1529678472.jpg

Nadir və relikt bitki olan, Azərbaycanın “Qırmızı Kitabı”na, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının (İUCN) “nəsli kəsilmək təhlükəsi olan növlər” kateqoriyasına daxil edilən İpək akasiyası (lat.Albizia julibrissin) təbii halda Lənkəranın dağlıq hissəsində, Hirkan Milli Parkının ərazisində yayılıb və mühafizə edilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu növə Cənubi Qаfqаz, Krım, Ukrаynа, Оrtа Аsiyа, İtаliyа, İrаn, Türkiyə, Frаnsа, Kоreyа və Şimаli Аmerikаdа təsаdüf olunur.

Hirkan subtropik meşələrində yabanı halda yayılan və hündürlüyü 18 metrə qədər olan dekorativ İpək akasiyası iyun-iyul aylarında çiçəkləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 844