Hirkan Milli Parkındakı yanğın söndürülüb


13:55     28 İyul 2018 mese%20yanib.jpg


Ötən gün Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan və sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal ETSN-nin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub.

Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 461