Bakının məşhur mağazasında yanğın - 25 nəfər təxliyə olundu (FOTOLAR)


16:53     23 İyun 2018 2018/06/35899597_1271651056304422_7737514550181756928_n_1529742430.jpg


Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın söndürülüb.

***


Bakıda yaşayış binasında yanğın olub.

Femida.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında yerləşən "Berlin" alman malları mağazasında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğın söndürülüb. Binada yanğın zamanı xəsarət alan olmayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.








Mircəlal Məcidli

Femida.az

Açar sözlər: #Yanğın   #Bakı   #FHN   #Berlin  

Oxunub: 1982