Türkiyə baş naziri kreslosunu satışa çıxarır


18:18     24 İyun 2018 binali.jpg

Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə keçirilən prezident və parlament seçkilərindən sonra vəzifəsi ləğv olunacağından, zarafatca öz kreslosunu hərraca çıxardacağına vəd verib.

Femida.az Report-a istinadən xəbər verir ki, bunu o, İzmir şəhərində səs verərkən bildirib.

"Türkiyə yeni üfüqlərə doğru yolunu davam etdirəcək….Mənim kreslom isə məndə qalacaq. Mən onu hərraca çıxardacağam", — deyə NTV telekanalı hökumət başçısının sözlərini sitat gətirib.

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Prezident postuna 6 namizəd iddialıdır.

Femida.az

Açar sözlər: #Binali   #Türkiye  

Oxunub: 838