"Qızılağac" qanunsuz balıq ovu edən şəxs saxlanıldı
21:11 25 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı Neftçala rayon sakini İlham Rüstəmov qoruq ərazisində balıq ovu edərkən saxlanılıb və ondan 7 ədəd çəki balığı, 2 ədəd axçalı balıq toru götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və balıq ehtiyatlarına vurulan ziyana görə 462 manat məbləğində iddia qaldırılıb. Qanun pozuntusu cinayət xarakterli olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Daxili İşlər Nazirliyi Su Nəqliyyatı Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinə göndərilib.
Femida.az
Oxunub: 1519
Oxşar xəbərlər
- Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
- Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşdi
- Qızılağac Milli Parkının iki əməkdaşı güllələndi
- Qızılağac Milli Parkı yaradılacaq