Mehman Hüseynovdan XƏBƏR VAR


21:13     25 İyun 2018 mehman%20huseynov.jpg

Ali Məhkəmədə bloqger Mehman Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az-ın xəbərinə görə, prosesdə M.Hüseynovun öz istəyi ilə məhkəməyə gəlmədiyi elan olunub.

İclasda qərar elan olunub. Qərara əsasən, M.Hüseynovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, M. Hüseynov Nəsimi RPİ-nin rəisi Musa Musayevun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 2533