Mehman Hüseynov həbsdə qaldı


20:38     24 Avqust 2018 mehman%20huseynov.jpg

Bu gün həbsdə olan video bloqer Mehman Hüseynovun vaxtından əvvəl azadlığa çıxmaq üçün etdiyi müraciətlə bağlı məhkəmə prosesi keçirilib.

Femida.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara əsasən, M.Hüseynovun müraciəti təmin edilməyib və M.Hüseynov azadlığa buraxılmayıb.

M.Hüseynov polisə böhtan atmaqda təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər: Mehman  

Oxunub: 274