Evində halsız vəziyyətdə tapıldı


13:05     26 İyun 2018 qadin_olum_meyit_cesed.jpg

Bakıda bir nəfər mənzildə halsız vəziyyətdə tapılıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: FHN   Halsız   Bakı  

Oxunub: 459