Liftdə qalan 4 nəfər xilas edilib


23:44     28 İyun 2018 big_1416860661_big_1416433845_lift.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər, Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


Femida.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər. Hər iki əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 351