Dünya şokda: Rahib 25 yaşlı kişi modellə evləndi - FOTOLAR


17:40     29 İyun 2018 2018/06/model4_9181589754.jpg

İngilis kilsəsinin təlimlərinə qarşı çıxan 79 yaşlı rahib Filip Klements internetdən üzərindən tanış olduğu 24 yaşlı model Florin Marin ilə evlənib.



Femida.az xəbər verir ki, rahib həyat yoldaşı Florinə Ruminiyada ev də alıb. Evin dəyəri isə 215 min pound dəyərində olub. Lakin cütlük evləndikdən bir neçə ay sonra mübahisə edərək ayrılıb.

Ötən gün canlı yayıma çıxan cütlük ayrılığın onlara yaxşı təsir etmədiyini etiraf edib.

Rahib Klements: “Yenidən birlikdə ola biləcəyimizi görmək istəyirəm. Bəlkə də bu bizim üçün son şansdır. Ayrı qaldığımız zamanlarda bunu başa düşdüm. Florin üçün çox darıxmışam. Başqa biri ilə münasibət qurmağa çalışdım, amma alınmadı”.

Florin də Klementslə pul üçün evlənmədiyini deyib və ona sevgisini bu sözlərlə ifadə edib: "Onunla evləndim, çünki onu sevirəm".

















Femida.az

Açar sözlər: #Kişi   #Toy   #Ruminiya  

Oxunub: 10959